Bu ölkə "LinkedIn"ə qadağa qoydu

15 Oktyabr 2021 00:45 (UTC+04:00)

"LinkedIn" sosial şəbəkəsinin rəhbərliyi İnternet resursları üçün yeni normativ tələblər səbəbindən platformanın Çində lokallaşdırılmış versiyasının işini dayandırmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə müvafiq açıqlama sosial şəbəkənin rəsmi bloqunda yayılıb.

LinkedIn-dən bildirilib ki, sosial şəbəkənin yeni strategiyası Çinli mütəxəssislərə ölkədə iş tapmaqda və yerli şirkətlərə ixtisaslı namizəd tapmaqda kömək göstərməyə yönələcək:

Məlumata əsasən, Çində iş axtarışı üçün olan yeni "InJobs" tətbiqinin fəaliyyətə başlanılması nəzərdə tutulub.