İstanbulda Türk Şurasının mediaforumu keçiriləcək

15 Oktyabr 2021 04:30 (UTC+04:00)

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu keçiriləcək.

Publika.az xəbər verir ki, tədbirdə Türk Şurasına üzv ölkələr - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, müşahidəçi dövlət Macarıstanla yanaşı Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan media nümayəndələri, akademiklər, dövlət qurumları və təşkilatlarının yüksək vəzifəli şəxsləri, sosial media fenomenləri, universitet tələbələri olmaqla 250 nəfərin iştirakı gözlənilir.

Tədbirin oktyabrın 22-dən 24-dək keçirilməsi nəzərdə tutulur.