Şok açıqlama: Onlarla ölü, 170 girov!

18 Avqust 2014 22:42 (UTC+04:00)

Şimali İraq kürd rəhbərliyinin silahlı qüvvəsi olan peşmergelərin Mosul anbarını ələ keçirməsindən sonra 170-ə qədər peşmərgə “İraq Şam İslam Dövləti”nin (İŞİD) silahlıları tərəfindən girov götürülüb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə İŞİD-ə yaxın mənbə bildirib.

Girov götürülənlərdən əlavə onlarla peşmərgənin öldürüldüyü bildirilir. Eyni mənbə İŞİD-in peşmərgələrin əlindəki bəzi silahları da ələ keçirdiyini xəbər verib.

Ömər Dağlı