Xalq Artisti Zeynəb Xanlarova sükutu pozdu, Röya haqqında danışdı - FOTO

2 Fevral 2014 00:10 (UTC+04:00)

Müğənni Röya Ayxanın “Heydər Əliyev” adına sarayda verdiyi konsertdə maraql anlar yaşanıb.

SSRİ-nin və Azərbaycanın Xalq Artisti Zeynəb Xanlarova Röya haqqında xoş sözlər deyib və ona uğurlar arzulayıb.

Bu haqda məlumatı müğənninin mətbuat katibi Türkan Məmmədli açıqlamasında bildirib: “Zeynəb xanım hər gün “Heydər Əliyev”sarayında məşq edir. Dünən də Röya səhnəyə çıxmazdan əvvəl sənətkarla görüşdü. Zeynəb xanım Röyaya xeyir-dua verdi, onun səsini bəyəndiyini və bu cür silsilə konsert verməsini alqışladığını dedi.”