Klub prezidentinə qarşı aksiya planlaşdırılır

19 Avqust 2014 19:09 (UTC+04:00)

“Mançester Yunayted”in azarkeş qrupu Premyer Liqanın ilk turunda “Suonsi”yə məğlubiyyətdən sonra ittihamlara başlayıb.

Publika.az-ın məlumatına görə, azarkeşlər klubun sahibi olan Qleyzerlər ailəsinə qarşı etiraz aksiyası keçirmək niyyətindədirlər.

“Mankunyanlar”ın tərəfdarları amerikalı ailənin transfer pəncərəsinin sonunadək bir neçə futbolçu almalı olduğunu düşünürlər. Aksiya “Mançester Yunayted” - KPR oyunu zamanı baş tutacaq.

Aygün İlqarqızı