Azərbaycan əhalisi 9 milyon 477 min nəfərə çatıb

2 Fevral 2014 21:20 (UTC+04:00)

2014-cü ilin əvvəlinə Azərbaycan Respublikasının əhalisinin sayı 9 milyon 477 min 100 nəfər təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Komitə bildirib ki, ölkə əhalisinin hazırki sayı 2013-cü ilin əvvəlinə nisbətən 120,6 min nəfər və yaxud 1,3 faiz artıqdır.