Kaliforniyada 6 bal gücündə zəlzələ

25 Avqust 2014 00:01 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatında baş verən zəlzələ nəticəsində yaralanan 70 nəfər xəstəxanalara çatdırılıb.

Publika.az-ın məlumatına görə, yeraltı təkanlar San-Fansisko şəhərinin ətrafında avqustun 24-də yerli vaxtla saat 3:20-də qeydə alınıb.

Episentrdə gücü 6 bal olan zəlzələ yerin 10,8 kilometr dərinliyində baş verib. İnsanlar əsasən üstlərinə qab-qacaq və digər əşyalar aşması nəticəsində xəsarət alıblar.

Müşahidəçilər qeyd edirlər ki, bu, son 25 ildə həmin rayonda baş verən ən güclü seysmik hadisədir. 1989-cu ildə burada 6,9 bal gücündə zəlzələ olmuşdu. Seysmoloqların ehtimalına görə, güclü yeraltı təkanlar qarşıdakı günlərdə yenidən təkrarlana bilər.


AzərTAc