Suya girib nəhəng timsahla öpüşdü – VİDEO

25 Avqust 2014 12:22 (UTC+04:00)

Kosta Rikada baş verən qəribə hadisədən bütün ölkə danışır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, adı bilinməyən kostarikalının Tarkoles çayındakı nəhəng timsahla dostluğu böyük marağa səbəb olub.

Sosial şəbəkələrdə yerləşdirilmiş videodan görünür ki, cəsur gənc suya girib timsaha yaxınlaşır. Onun üzünə bir neçə dəfə su sıçradır. Daha sonra çənəsindən qaldıraraq öpür.

Hiss olunur ki, nəvaziş timsahın xoşuna gəlir. Vəhşi heyvan heç bir aqressivlik nümayiş etdirmir.

Ekspertlər isə hadisəni belə izah edirlər ki, üzünə su sıçradılması timsahların xoşuna gəlir. Bəlkə, bu səbəbdən o, aqressiv davranmır.

İlqar

Костариканец зашел в воду, чтобы расцеловаться с огромным крокодилом