Parlamentdə insident: Mühafizəçilər deputatı saxladı

3 Fevral 2014 12:18 (UTC+04:00)

Parlamentin bugünkü iclasına gələn deputatların mobil telefonları qurumun təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən yoxlanılıb.

Deputatların "Smartfon" tipli telefonlarla parlamentə girişinə məhdudiyyət qoyan rəhbərliyin qərarına münasibət birmənalı olmayıb.

Millət vəkili Fazil Qəzənfəroğlu deputatların telefonlarını yoxlayan təhlükəsizlik xidmətinin əməkdaşları ilə mübahisə edib.

"Samsung" markalı telefon işlətdiyini və onun "Smartfon" olmadığını deyən millət vəkili iki dəfə yoxlanmaya məruz qalıb. Mühafizəçilər ikinci dəfə telefonu istədikdə millət vəkilinin buna reaksiyası sərt olub.

Vasif Hesenli