Çində azərbaycanlı döyüşçüyə qarşı təxribat

27 Avqust 2014 13:46 (UTC+04:00)

Yeniyetmələrin 2014-cü il Nanjinq Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan idmançılarının siyahısında uşu üzrə döyüşçülərimizin də olması barədə məlumat vermişdik.

Olimpiadada iştirak edən 3 UŞU döyüşçümüzdən birinə qarşı təxribat törədilib. Bu barədə Publika.az-a Azərbaycan UŞU federasiyasının prezidenti Azər Həsənsoy məlumat verib.

Federasiya prezidentinin bildirdiyinə görə idmançımız olimpiadanın keçirildiyi ölkənin döyüşçüsünə qəsdən uduzdurulub:

“İdmançımız finalda Çinli döyüşçüyə hakimlərin aşkar köməyi ilə uduzduruldu”.

Aygün İlqarqızı