Məşhur özbək Azərbaycanın oyununda

27 Avqust 2014 14:38 (UTC+04:00)

Rusiya ilə Azərbaycan arasında keçirilək yoldaşlıq görüşünü idarə edəcək hakimlər müəyyənləşib.

Publika.az xəbər verir ki, oyunu məşhur özbək hakim Ravşan İrmatov idarə edəcək. Ona Abduhamidulla Rəsulov və Əlişir Usmanov kömək edəcəklər.

Qeyd edək ki, Rusiya – Azərbaycan oyunu sentyabrın 3-də Moskva ətrafındakı “Ximki Arena”da keçiriləcək. Oyun saat 19:00-da başlayacaq.

Publika.az