Uzun boğazlı oğlan əməliyyat ediləcək – FOTOLAR

27 Avqust 2014 19:20 (UTC+04:00)

Çinin Pekin şəhərində yaşayan 15 yaşlı Fu Venqu boynunun uzun olmasından əziyyət çəkir.

Fu dözülməz ağrılardan yaxa qurtarmaq üçün boyun əməliyyatı keçirməyə razılıq verib. Normal halda insan onurğasında 7 fəqərə olduğu halda, Fuda onların sayı 10-dur.

Artıq fəqərələr yeniyetmənin boynundakı əsəb sistemini sıxaraq ona yeriməyə mane olur. Üç yaşı olarkən ona anadangəlmə skleroz diaqnozu qoyulub.

Pekinin xeyriyyə fondu yeniyetmənin boynunda olan əlavə fəqərələrin əməliyyatını maliyyələşdirəcək.

Nura