Həbs olunan azarkeşlərə yenə də hökm oxunmadı

3 Fevral 2014 16:40 (UTC+04:00)

Bu gün 25 avqustda keçirilən "Xəzər Lənkəran" - "Neftçi" matçında sonra yaşanan hadisələrə görə tutulan 7 azarkeşə Lənkəran Rayon Məhkəməsində keçiriləcək proses zamanı hökm oxunmalıydı.

Publika.az-ın məlumatına görə, məhkəmə prosesi təxirə salınıb. Belə ki, təqsirləndirilən şəxslər hava şəraiti ilə bağlı Lənkərana gətirilməyib.

Məhkəmə prosesinin nə vaxt davam etdiriləcəyi ilə bağlı məlumat verilməyib.