Eldar Əzizovdan yas mərasimlərinə sərt qadağa

1 Sentyabr 2014 14:37 (UTC+04:00)

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərdə təmtəraqlı yas mərasimlərinin keçirilməsinə qadağa qoyub.


Bu barədə AzVision.az-a şəhər icra hakimiyyətindən məlumat verilib.


Bildirilir ki, Eldar Əzizov Mənzil İstismar Sahələrinin (MİS) rəislərinə təmtəraqlı yas mərasimlərinin birdəfəlik yığışdırılmasını tapşırıb.


Tapşırığa əsasən, MİS əməkdaşları ərazilərində olan xeyir-şər evlərini nəzarətə götürüb. Yas mərasimlərində yemək verilməsi qadağan edilib.


İcra başçısının tapşırığına əsasən, yas mərasimlərində ancaq çay süfrəsi açıla bilər. Əks halda, yemək, meyvə-tərəvəz məhsulları MİS əməkdaşları tərəfindən müsadirə edilərək uşaq və qocalar evlərinə veriləcək.