Dənizdə batan şəxs xilas edildi

10 Sentyabr 2014 01:24 (UTC+04:00)

Novxanıda bir nəfər dənizdə batmaqdan xilas olunub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Abşeron rayonunda dənizdə ("Novxanı" sularda xilasetmə məntəqəsindən 500 metr solda, nəzarət olunan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş bir nəfər nazirliyin "Novxanı" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Əməliyyat saat 18:10-da başa çatıb.