Avropa Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovla görüşdü

4 Fevral 2014 17:42 (UTC+04:00)

Avropa Taekvondo Federasiyasının (ETU) prezidenti Athanasios Pragalos ölkəmizə səfər edib.

Publika.az xəbər verir ki, səfər zamanı Pragalos Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov ilə görüşüb.

ATF-dən bildiriblər ki, tərəflər arasında razılaşmaya əsasən, Azərbaycan cari il mayın 1-dən 5-dək taekvondo üzrə böyüklər arasında Avropa çempionatına ev sahibliyi edəcək.

Ölkəmizə səfəri zamanı A.Pragalos və ETU-nun baş katibi Mikhael Fysentzidis Bakıda 2015-ci ildə keçiriləcək Avropa Oyunları Təşkilat Komitəsinin mənzil-qərargahına baş çəkiblər.