Avtobusla qatar toqquşub: 12 ölü, 5 yaralı

4 Fevral 2014 20:25 (UTC+04:00)

Ukraynada sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində 12 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə “İnterfaks”a Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin Sum vilayəti üzrə bölməsindən bildiriblər.

Qəzanın Sum vilayətinin Vırı kəndi yaxınlığında baş verdiyi bildirilir.