Türkiyədə yeni siyasi qalmaqal...

12 Sentyabr 2014 22:09 (UTC+04:00)

Baş Qərargah rəisi Necdət Özel məhkəməyə çağırıldı

Türkiyədə yeni siyasi qalmaqalın əsası qoyulub.

ANS PRESS-in məlumatına görə, Türkiyə Ali Məhkəməsi ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özelin dindirilməsinə icazə almaq üçün hökümətə müraciət edib.

Müraciətdə baş qərargah rəisinin səlahiyyətlərindən sui-istifadə etdiyi və məhkəmə prosesinə müdaxilə etdiyi bildirilir.

2011-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində çalışan Necdət Özel həbs olunan ordu zabitlərinin günahsız olduğu barədə dəfələrlə açıqlama verib.