Lənkəranda zəlzələ oldu

19 Sentyabr 2014 09:23 (UTC+04:00)

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki,19 sentyabr 2014-cü il tarixində Bakı vaxtı ilə saat 03:29-da Lənkəran şəhərindən 18 km qərbdə zəlzələ qeydə alınıb. Episentrdə zəlzələ 4,0 bala yaxın olub. Zəlzələ ocağına yaxın yaşayış məntəqələrində 3,0-4,0 bala qədər hiss olunub.

İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.