Rusiya Donbasda “təmir bazası” yaradıb

19 Sentyabr 2014 13:50 (UTC+04:00)

Ukraynanın Donetsk vilayətinin şərqindəki Snejnom rayonunda separatçıların və Rusiya ordusunun hərbi texnikasının təmiri üçün baza yaradılıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk sosial şəbəkədəki səhifəsində yazıb.

Hərbi ekspert Snejnom maşınqayırma zavodunun Rusiya aviasiya sənayesinə işlədiyini qeyd edib. D.Tımçuk həmçinin əlavə edib ki, raket kompleksləri təmir edilməsi üçün Rusiyadan Snejnom rayonuna daşınır.

Ömər Dağlı