Putin Ağalarovu mükafatlandırdı - Foto

5 Fevral 2014 17:28 (UTC+04:00)

Rusiya hökuməti azərbaycanlı iş adamı Araz Ağalarova mədəniyyət sahəsində xidmətlərinə görə dövlət mükafatı ilə təltif edib.

Hökumət Evində baş tutan mərasimdə tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən iş adamları da iştirak ediblər.

Ağalarov Müslüm Maqomayevin mədəni irsinin saxlanmasında verdiyi töhfələrə görə bu mükafata layiq görülüb./“Qafqazinfo”