Bred Pitt xəyanət edərsə...

24 Sentyabr 2014 18:10 (UTC+04:00)

Məlum olduğu kimi, məşhur Hollivud aktyorları Anjelina Coli və Bred Pitt avqustun sonunda evliliklərini rəsmiləşdiriblər.

Şərtlərə uyğun olaraq, Bred Pitt arvadına xəyanət edəcəyi halda, külli miqdarda pul ödəməli olacaq və uşaqlara qəyyumluğunu itirəcək.

Uzun müddətdir bir yerdə olan Coli və Pittin toyu sadə keçsə də, nikah müqaviləsinin şərtləri sərt olub.

Bred hətta hər hansı bir qadınla maraqlansa belə, cərimə ödəməli olacaq və 6 uşağını itirəcək.

Bundan əlavə, Coli və Pitt bu illər ərzində birgə qazandıqları pulları övladlarına vəsiyyət edib.

Nura