Separatçılar müharibəyə hazırlaşır – Video

29 Sentyabr 2014 14:11 (UTC+04:00)

Ukraynanın Donetsk vilayətində şəhərində vəziyyət son dərəcə gərgin olaraq qalır.

Publika.az-ın TSN telekanalının saytına istinadən verdiyi məlumata görə, separatçıların Kiyev və Kuybışev rayonlarında açdığı atəş nəticəsində dinc sakinlər zərər çəkib.

Xəbərdə deyilir ki, separatçılar Donetsk vilayətində mövqelərini möhkəmləndirməklə məşğuldur. Makayevka rayonunda isə zirehli texnikadan ibarət kolonun hərəkəti qeydə alınıb. Məlumata görə, 15-ə qədər hərbi texnikanın üzərində “Donetsk Xalq Respublikası” separatçı qurumun bayraqları olub.

TSN telekanalının saytında yerləşdirdiyi videoda da hərbi texnikanın hərəkəti görünür.

Ömər Dağlı