Çörəyin qiyməti bahalaşacaqmı?- Rəsmi açıqlama

6 Fevral 2014 12:06 (UTC+04:00)

Qazaxıstan xarici ölkələrə satdığı taxılın qiymətini artırıb. İndi bu ölkə buğdanın bir tonunu keyfiyyətindən asılı olaraq 180-250 dollara satır.

Azərbaycan Qazaxıstandan taxıl idxal etdiyi üçün, çörəyin qiymətində artım ola bilər.

İqtisadi – İnkişaf Nazirliyinin mətbuat katibi Abbas Əliyev Publika.Az –a rəsmi məlumat verib. “Kiçik qiymət artımının olması, çörəyin qiymətinə təsir etməyəcək.

Yəni, Qazaxıstan qiyməti 5 - 6 dollar artıra bilər. Bu o demək deyil ki, çörəyin qiyməti artacaq. Bu, kiçik göstəricidir”.

Odər Qəni