Ermənistanda məmur kəndliyə atəş açdı

6 Oktyabr 2014 23:12 (UTC+04:00)

Ermənistanın Armavir vilayətinin Şenavan kəndinin bələdiyyə başçısı həmkəndlisini güllələləyib.

Publika.az-ın news.am saytına istinadən verdiyi məlumata görə, Artur Mkrtçyan hadisəni törədən zaman sərxoş vəziyyətdə olub.

Güllənin təsadüfən hədəfə dəymədiyi bildirilir. Həmkəndlinin polisə müraciətindən sonra Artur Mkrtçyan saxlanılıb.

Ömər Dağlı