Nazirlik Qurban Bayramında qanunu pozanları cərimələdi

9 Oktyabr 2014 15:30 (UTC+04:00)

Qurban bayramı ərəfəsində heyvan kəsim və satışı ilə bağlı hər hansı qanun pozuntusu qeydə alınmadı. Yalnız 5-6 yerdə yerləşmədə pozuntular qeydə alınmışdı. Həmin şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun tədbir görüldü.

Bunu Publika.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib.

O, qanunu pozanların ikisinin cərimə olunduğunu, digərlərinə xəbərdarlıq edildiyini deyib:

“Bayram günlərində ümumilikdə paytaxta 50 min baş heyvan gətirilməsi nəzərdə tutulurdu. Onların 30 mini satılıb.12-15 min baş heyvan isə Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye Nazirliyinin birlikdə təşkil etdiyi yarmarkalara çıxarılmışdı. Ümumilikdə, ölkə ərazisində 40-45 min başa yaxın heyvan kəsilib”.

Y.Xanvəli bu il ilk dəfə təşkil edilən səyyar kəsim yerlərinin insanlar tərəfindən müsbət qarşılandığını bildirib.

Gülxar