Mahmud Məmməd-Quliyev Romya gedib

9 Oktyabr 2014 23:19 (UTC+04:00)

10-11 oktyabr tarixlərində Romada Qanun vasitəsilə Demokratiya naminə Avropa Komissiyasının (Venesiya Komisiyası) 100-cü plenar sessiyası keçiriləcək.

XİN mətbuat xidmətindən Publika.az -a verilən məlumata görə, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev yubiley sessiyasına qatılacaq və tədbirin açılış hissəsində Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi adından çıxış edəcək.

Səfir çərçivəsində nazir müavini Mahmud Məmməd-Quliyevin İtaliya Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi də nəzərdə tutulub.