Sevgilisinin adını sinəsinə həkk etdirdi - FOTOLAR

10 Oktyabr 2014 18:12 (UTC+04:00)

Dörd il öncə iştirak etdiyi Avstraliya Gözəllik Kraliçası yarışmasında ikinci olan və ardınca maneken kimi məşhurlaşan Jesinta Kempbell futbolçu sevgilisi Lans "Buddi" Franklinlə Sidneydə tətildədir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir ildir sevgili olan Kempbel-Franklin cütlüyünün münasibətləri o qədər "dərinləşib" ki gözəlçə sinəsinin sol tərəfində Franklinin adının və soyadının baş hərflərini "əbədiləşdirib".

Cütlüyün istirahətdən olan fotolarını təqdim edirik.

İntiqam VALEHOĞLU