İŞİD Tvitterin rəhbərini öldürəcək

11 Oktyabr 2014 04:46 (UTC+04:00)

Tvitter sosial şəbəkəsinin rəhbərliyi İŞİD terrorçularından təhdid dolu mesajlar aldıqlarını açıqlayıb.

Axar.az xəbər verir ki, terrorçuların səhifələrinin mütəmadi olaraq bağlanıldığını deyən rəhbərlik bir müddət öncə qorxulu mesajlar aldıqlarını etiraf edib:

“Onların səhifələri bağlanılır. Amma elekton poçtumuza təhdid dolu mesajlar göndərirlər”.

Dik Kostlo adlı şirkət sözçüsü terrorçuların yalnız Tvitter vasitəsi ilə yazışdıqlarını dilə gətirib:

“Onlar aktiv Tvitter istifadəçiləridir. Terrorizmi dəstəkləyən və hesabları bağlanılan İŞİD üzvləri mənə və Tvitter işçilərinə “Şirkətə hücum edib sizi öldürəcəyik”, - deyərək bizi təhdid edirlər”.

Xatırladaq ki, terrorçular amerikalı jurnalistlərin edam görüntülərini ilk dəfə Tvitterdə paylaşmışdılar.