İncirlik koalisiya qüvvələrinin ixtiyarına verildi

13 Oktyabr 2014 04:06 (UTC+04:00)

Türkiyə İncirlikdəki hərbi bazadan İŞİD-ə qarşı yaradılmış koalisiyanın istifadə etməsinə razılıq verib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Barak Obamanın koalisiya qüvvələrindəki xüsusi nümayəndəsi, ehtiyatda olan general Con Allenin ötən həftə Ankarada keçirdiyi görüşlərdə məhz İncirlikdən istifadə məsələsi əsas müzakirə mövzsu olub. Görüdən sonra "Star" qəzetinə açıqlama verən baş nazir Əhməd Davudoğlu hərbi bazadan koalisiya qüvəllərinə yalnız kəşfiyyat xarakterli uçuşlar üçün icazə veriləcəyini demişdi.