Yaşar Cəlilov “Bu şəhərdə” oxudu - FOTOLAR

14 Oktyabr 2014 17:07 (UTC+04:00)

Müğənni Yaşar Cəlilov Heydər Əliyev adına Sarayın səhnəsinə çıxıb.

Publika.az-ın məlumatına görə, o, “Bu şəhərdə” Teatrının “UZİ-n ağ olsun” adlı konsert proqramında çıxış edib. Y. Cəlilov şou-proqramda bu ilin sevilən mahnılarından olan “Qonşu”nu ifa edib. Xatırladaq ki, kompozisiyanın sözləri Azər Şirinə, musiqisi isə Tərlan Məmmədhüseynova məxsusdur.

Qeyd edək ki, şou-proqram “Bu şəhərdə”nin 14 illiyinə həsr edilib. Proqramda Y. Cəlilovla yanaşı Babək Niftəliyev, Ehtiram Hüseynov, Arzu Əliyeva, Rəşad İlyasov da öz mahnı töhfələrini tamaşaçılara təqdim ediblər.

Cəvahir