"Çelsi" 13 yaşlı qapıçı aldı

14 Oktyabr 2014 23:25 (UTC+04:00)

"Çelsi" Fransının "Puatye" klubunda çıxış edən 13 yaşlı qapıçı Nikolya Tye ilə razılığa gəlib.

Publika.az xəbər verir ki, rzılığa əsasən N.Tye 3 ildən sonra London klubunun qapısını qoruyacaq. 2017-ci ildə Tyenin 16 yaşı tamam olacaq və o zaman qaydalara əsasən, o, Çelsi-nin qapısına keçə biləcək.