Humaydan təzə xəbər - FOTOLAR

16 Oktyabr 2014 11:35 (UTC+04:00)

Tar ifaçısı Humay Qədimova yeni fotosessiyasını təqdim edib.

Sənətçinin Publika.az-a verdiyi məlumata görə, bu, Humayın milli üslublu geniş layihəsinin bir qolunu təşkil edir. Tarın və udun səslənməsində yeni kompozisiyalar hazırlayan sənətçi bunun milli adət-ənənələrimizin yaşamasında bir rolu olacağına ümid edir. Fotosessiyasını da bu əhvali-ruhiyyəyə kökləyib.

Humay xanım bildirib: “Layihələrin bir qismini milli üslub, milli dəsti-xətt təşkil edir. İlkini fotolarda göstərdik. Davamlı və uğurlu ola biləcəyinə inanıram. Bunu həm özümə musiqiçi kimi borc bilirəm, eyni zamanda, milli musiqi ənənələrimizin yaşamasında bir tövsiyəm olacağına çalışıram”.

Cəvahir