Bakıda sərnişin avtobusunda biabırçılıq – VİDEO/FOTO

16 Oktyabr 2014 13:06 (UTC+04:00)

204 saylı sərnişin avtobusunda iki sərnişin həyatını təhlükəyə atıb.

Videoda sərnişinlərdən ikisi avtobusda özlərinə yer tapa bilmədikləri üçün qeyri-adi vasitədən istifadə ediblər.

Onlardan biri qapının açıq qalmasından istifadə edərək pilləkənlərdə dayanıb. Digər sərnişin isə avtobusun çən qapağının üstünə ayağını qoyaraq pəncərənin çərçivəsindən yapışıb.

Maraqlı olan məqam isə sürücünün baş verənlərə səssiz qalmasıdır.

Həmin videonu təqdim edirik:

azxeber.com