Azərbaycanlı alimə qızıl medal verilib

21 Oktyabr 2014 23:14 (UTC+04:00)

“Avropa Nəşr Mətbu Evi” AMEA-nın müxbir üzvü Muxtar İmanovu “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif edib.

AMEA-dan Publika.az-a verilən məlumata görə, qurumun mükafat komissiyası alimi milli-mənəvi dəyərlərimizin qorunmasında, epos, nəsr sahəsində olan uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və Azərbaycanın ayrı-ayrı regionları üzrə folklor antologiyalarının hazırlanmasında göstərdiyi xidmətlərə görə təltif edib.