İŞİD kimyəvi silahdan istifadə edir? – İDDİA

22 Oktyabr 2014 18:29 (UTC+04:00)

İŞİD-in Kobanini ələ keçirmək üçün döyüşlərin 36-cı gününə girdiyi zamanda PYD kimyəvi silah iddiasını gündəmə gətirib.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, PYD-nin sədri Asya Abdullah verdiyi açıqlamada İŞİD-in (İraq Şam İslam Dövləti) Kobanidə kimyəvi silahdan istifadə etdiyini iddia edib. Abdullah İŞİD-in atdığı bombaların PYD-çilərin bayılmasına, gözlərinin zəifləməsinə və nəfəsin daralmasına səbəb olduğunu deyib.

Bu arada İŞİD-in axşam saatlarında YPG sipərlərinə hücum etməsi ilə başlayan şiddətli döyüşlər səhərə qədər davam edib.

Bir tərəfdən də, koalisiya qüvvələrinin qırıcıları İŞİD-in Kobaninin cənub və cənub-şərqində olan iki sipərini bombalayıb.

Qabil