Prezident başsağlığı verdi

22 Oktyabr 2014 20:10 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Kristof dö Marjerinin ailəsinə başsağlığı verib.

Publika.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, başsağlığı məktubunda deyilir:

"“Total” şirkətinin Direktorlar Şurasının Sədri və Prezidenti Kristof dö Marjerinin təyyarə qəzasında həlak olması xəbəri məni olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir və səbir diləyirəm".