Gənc müğənni gecə evində şou yaratdı

7 Fevral 2014 15:57 (UTC+04:00)

Gənc ifaçı Ceyla Publika.az-a qonşuları ilə münasibətindən danışıb. 5 mərtəbəli binanın elə 5-ci mərtəbəsində yaşayan sənətçi gecə bəstəkarlıqla məşğul olur. Qonşularla elə də böyük problemlərin yaranmadığını deyən müğənni bu barədə belə söyləyir:

“Bina evində, 5-ci mərtəbədə yaşayıram. Qonşularla münasibətim əladır. Ola bilsin ki, pianino səsindən narahat olsunlar. Adətən mahnıları gecə bəstələyirəm. Mahnı səsi binanı bürüyür, yata bilmirlər. Səhər məni görəndə deyirlər ki, mahnı ləzzət eləyir. Belə qonşularla mehribançılıqdır”.

Elvin Elxan