Premyer liqada kimlər qarşılaşacaq?

24 Oktyabr 2014 12:36 (UTC+04:00)

Azərbaycan Premyer Liqasının 9-cu turunda 5 qarşılaşma baş tutacaq. Publika.az xəbər verir ki, Bu gün “Qəbələ” öz meydanında “Sumqayıt”ı qonaq edəcək. Sabah isə “Simurq” - “Araz Naxçıvan” görüşü keçiriləcək.

24 oktyabr

17:00 “Qəbələ” - “Sumqayıt”

(Hakim: Vüsal Əliyev - Stadion: Qəbələ şəhər stadionu)

25 oktyabr

17:00 AZAL – “Bakı”

(Hakim: Elvin Əsgərov - Stadion: AZAL Arena)

25 oktyabr

18:00 “Simurq – “Araz Naxçıvan”

(Hakim: Əliyar Ağayev - Stadion: Zaqatala şəhər stadionu)

26 oktyabr

16:00 “Neftçi” – “İnter”

(Hakim: Fariz Yusifov - Stadion: Bakcell Arena)

26 oktyabr

18:00 “Qarabağ” – “Xəzər Lənkəran”

(Hakim: Ramil Diniyev, - Stadion: Tofiq Bəhramov adına Respublika stadionu)

Aygün