Rusiya qırıcıları Qafqaz üzərində uçuşlarını artırdı

24 Oktyabr 2014 18:48 (UTC+04:00)

Rusiya Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsindəki təyyarə uçuşlarının sayını artırıb.

Axar.az Reqnum agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə Cənub Hərbi Dairəsinin Mətbuat Xidməti çıxış edib.

Məlumatda hərbi təyyarələrin uçuşların əvvəlki illərə nisbətən 15% artırıldığı deyilib.

Qeyd edək ki, Rusiyanın Cənub Hərbi Dairəsi Şimali Qafqaz Hərbi Dairəsinin əvəzində yaradılıb. Onun tərkibinə Qara dəniz donanması, Xəzər donanması və Hərbi Hava Qüvvələrinin 4-cü komandanlığı daxildir.