Təsərrüfat subyektləri 165 milyon ton yük daşıyıb

26 Oktyabr 2014 21:24 (UTC+04:00)

Yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 165 milyon ton yük daşınıb.

Publika.az-ın məlumatına görə bu bardə AzərTaca Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 2,1 faiz çoxdu.

Qeyri-neft yüklərinin həcmi 3,3 faiz artaraq 117,5 milyon tona çatıb.

Yüklərin 57,9 faizi avtomobil nəqliyyatı, 28 faizi boru kəməri, 9,7 faizi dəmir yolu, 4,4 faizi dəniz nəqliyyatı vasitələri ilə daşınıb.