Dəniz Çakır iki metrlik itlə

28 Oktyabr 2014 17:22 (UTC+04:00)

Müğənni, rejissor və prodüser Mahsun Kırmızıgülün rəhbərliyi ilə çəkilən "Aşkın dili yok" adlı filmdə rol alan aktrisa Dəniz Çakırın sosial şəbəkədə paylaşdığı foto pərəstişkarlarını əməlli-başlı həyəcanlandırıb.

Boyu iki metrə yaxın olan danua cinsli itlə şəkil çəkdirən aktrisa fotonun altına "Bir arkadaş" şərhini yazıb. Pərəstişkarlardan biri isə görüntünü belə şərh edib:

"Bu, gerçəkdən, itdirmi? Biz elə bildik ki, atdır. Nə qədər böyükdür…"

Qeyd edək ki, Dəniz Çakır "Yaprak Dökümü" serialındakı Fərhundə obrazıyla Azərbaycan tamaşaçısına yaxşı tanışdır.

İntiqam VALEHOĞLU