ABŞ Ukraynaya yüksək dəqiqlikli silahlar verəcək

30 Oktyabr 2014 15:38 (UTC+04:00)

ABŞ Ukraynaya yüksək dəqiqlikli hərbi texnologiyalar verəcək.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Cefri Payett bildirib.

Səfirin sözlərinə görə, ABŞ Ukrayna hərbçilərinin sözügedən silahlardan istifadəsinə kömək edəcək və bu məqsədlə Ukraynaya hərbi heyət göndərəcək. O, bu silahların Donbasda vuruşan orduya kömək edəcəyini deyib.

Bundan əvvəl isə ABŞ Senatının silahlanma üzrə komitəsinin üzvü Ceyms İnxof ölkəsinin yaxın vaxtlarda Ukraynaya silah verəcəyini bildirmişdi.

Ömər Dağlı