Krıma körpü yox, tunel çəkiləcək

30 Oktyabr 2014 19:29 (UTC+04:00)

Rusiya hökuməti Kerç boğazı vasitəsilə Krıma körpünün tikintisi haqqında qəti qərar qəbul etməyib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə Krım işləri üzrə nazir Oleq Savelyev bildirib.

“Bütün variantlar, həmçinin tunel və körpünün inşasına baxılır. Hazırda ilkin layihə var, ancaq onun dəyişdirilməsi istisna edilmir”, - deyə O.Savelyev deyib.

Bundan əvvəl isə Rusiya prezidenti yanında Krım Respublikası üzrə səlahiyyətli nümayəndə Geoqiy Muradov bildirmişdi ki, Kerç boğazı vasitəsilə körpünün tikintisi çox təhlükəlidir.

Ömər Dağlı