Rusiya Donbasda “S-300”lər, sərhəddə isə “İsgəndər”lər yerləşdirib

4 Noyabr 2014 13:11 (UTC+04:00)

Rusiya Ukrayna ilə sərhəddə 6 ədəd “İsgəndər” tipli operativ-taktiki kompleksi yerləşdirib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb.

Hərbi ekspert həmçinin bildirib ki, Alçevsk, Staxanov və Pervomaysk rayonlarına Rusiya muzdluları və zirehli texnikasının, o cümlədən mexanikləşdirilmiş “Kabus” briqadasının hərəkəti qeydə alınıb. Krasnodon rayonuna isə artilleriya sistemlərinin göndərildiyi bildirilir: “Yenakiyevo-Makeyevka zolağında Rusiya Hava Hücumundan Müdafiə bölməsinin genişləndiriilməsi davam edir. Şaxtyorsk rayonunda isə “S-300” zenit-raket kompleksləri qeydə alınıb. Telmanov və Novoazovsk rayonlarına isə Donetsk vilayətinin şimalından zirehli texnikanın yerdəyişməsi davam edir. Bu iş üzü maskalı kiçik qruplar tərəfindən həyata keçirilir”.

Ömər Dağlı