Bakıda dilənçilər saxlanıldı

5 Noyabr 2014 11:38 (UTC+04:00)

Bakıda polis dilənçiliklə məşğul olan şəxsləri saxlayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Binəqədi RPİ, Post Patrul Xidməti Bölüyü və 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olan 5 qadın, 5 azyaşlı saxlanılaraq barələrində inzibati protokol tərtib olunaraq, yaşadıqları rayonlara göndərilmişlər.