Həsən Ruhani Parlamentdə çıxış edəcək

11 Noyabr 2014 15:02 (UTC+04:00)

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycana səfəri çərçivəsində Milli Məclisin qonağı olacaq.


Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Ruhaninin parlamentdə deputatlar qarşısında çıxış edəcəyi planlaşdırılır.

Qeyd edək ki, H. Ruhani Azərbaycana noyabrın 12-də səfər edəcək. Səfər çərçivəsində ikitərəfli görüşlər keçiriləcək. Bir sıra sahələr üzrə 10 sənədin imzalanması gözlənilir.


Asif