Paytaxtın mərkəzi hissəsi bu gecə bağlanır

12 Noyabr 2014 11:26 (UTC+04:00)

Paytaxtın Yusif Səfərov küçəsinin Afiyyədin Cəlilov küçəsi ilə kəsişməsindən Xocalı prospekti ilə kəsişməsinə qədər olan hissədə bu gün axşam 22:00-dan etibarən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Publika.az-a verdiyi məlumata görə, həmin ərazidə yolun bağlanması xətlənmə işlərinin həyata keçirilməsilə bağlıdır.

Onun sözlərinə görə, ərazidə nəqliyyatın hərəkəti təxminən gecə saat 01-02 arası bərpa olunacaq. Sürücülərə alternativ olaraq Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etmələri tövsiyə olunur.

Gülnar