Almaniyada Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı simpozium keçiriləcək

10 Fevral 2014 03:41 (UTC+04:00)

Fevralın 11-də “Alman Parlament Cəmiyyəti”nin binasında Azərbaycanın Almaniyadakı səfirliyi və “Alman-Azərbaycan Forumu”nun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş simpozium keçiriləcək.

“Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” mövzusunda keçiriləcək simpoziumda hələ həllini tapmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazda təhlükəsizlik və sabitlik, eləcə də Azərbaycanın Almaniya və Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsi üçün yaratdığı təhdidlər müzakirə olunacaq. /Azərtac/