Gənc xanım “Qalatasaray” azarkeşini sillələdi - VİDEO

10 Fevral 2014 07:35 (UTC+04:00)

“Qalatasaray” azarkeşlərinin qrup liderinin “Fənərbaxça” haqqında dediyi tərbiyəsiz sözlər onun şillələnməsi ilə nəticələnib.

Oyundan sonra metroda gedərkən “Fənərbaxça” haqqında kobud ifadələr işlədən qrup liderinin sözləri qalatasaraylıların yaxınında dayanmış gənc bir xanımı özündən çıxarıb və çəkinmədən onu şillələyib.

Türkiyədə sosial şəbəkələrdə yayılan bu kadrlar artıq izləmə rekordu qırıb.